
-
- 27-03-2025, 12:55
- 317
Prezident və birinci xanım Şuşada açılışlarda iştirak etdi
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşada tarixi Çöl Qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib.
News24.az xəbər verir ki, dövlət başçısı və Birinci vitse-prezident həmçinin iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.