13 yaşlı məktəbli qızla görüşməkdən imtina etdi, qardaşı tərəfindən öldürüldü
    • 27-03-2025, 13:30
    • 543

13 yaşlı məktəbli qızla görüşməkdən imtina etdi, qardaşı tərəfindən öldürüldü

Rusiya Federasiyasının Stavropol vilayətinin Pyatiqorsk şəhərində yeniyetmələrdən ibarət dəstə 20 yaşlı oğlanı 13 yaşlı qızla görüşmək istəmədiyi üçün döyüb öldürüb.

News24.az “Regnum.ru”ya istinadən xəbər verir ki, 13 yaşlı qız hisslərinə qarşılıq verməyən 20 yaşlı gəncdən qisas almaq qərarına gəlib. Bunun üçün o, böyük qardaşına şikayət edib və ondan Yeqor adlı gənci cəzalandırmasını istəyib.

Mərhumun anası Oksana iddia edir ki, bundan sonra qızın qardaşı yeniyetmələrdən ibarət dəstə ilə oğluna hücum edib, onu döyüb və sonra boğaraq öldürüblər.

Bildirilir ki, polis Yeqorun qətlində iştirak edənləri saxlayıb. Araşdırma zamanı məlum olub ki, gəncin cəsədi Pyatiqorskdakı Kirov adına mədəniyyət və istirahət parkında tapılıb. Onun bədənində qançır və yaralar olub, burnu isə sınıb.

Cinayət işi üzrə araşdırma davam edir./Publika.az