-
- 4-08-2019, 13:38
- 1 003
XİN-dən ABŞ-da atışmada ölənlərlə bağlı başsağlığı
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-da dünən və bu gün baş verən atışmalarda ölənlərlə bağlı başsağlığı verib.
News24.az bu barədə Xarici İşlər Nazirliyinin rəsmi Tvitter səhifəsində qeyd olunub.
"Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - paylaşımda bildirilib.
Qeyd edək ki, ötən gün ABŞ-ın Texas ştatının El Paso şəhərindəki atışma nəticəsində 20 nəfər ölüb, azı 30 nəfər yaralanıb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb.