Məşhur aktyor əməliyyat masasında - FOTO
    • 28-03-2025, 12:05
    • 376

Məşhur aktyor əməliyyat masasında - FOTO

Türkiyəli məşhur aktyor Celil Nalçakan ötən gün əməliyyat masasında uzanıb. 

News24.az xəbər verir ki, illərdir təxirə saldığı səhhətində yaranan problemə görə 6 saatlıq əməliyyat keçirən Nalçakan əməliyyatın uğurlu keçdiyini, səhhətinin yaxşı olduğunu bildirib.

Sosial media səhifəsində paylaşım edən Nalçakan əməliyyatı ilə bağlı bunları deyib: 

"Dünən səhər saatlarında 6 saat davam edən əməliyyat oldum. İllərlə təxirə saldığım problem möcüzəli insanların sayəsində həll olundu..." 

Günel Məlikzadə