Avqustun 4-də Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, yanğının qarşısı alınan zaman və sahibkarların məxsus malların hadisə yerindən çıxarılmasında polis əməkdaşları da vətəndaşlara yaxından köməklik ediblər. Xilasetmə zamanı polis əməkdaşlarından da bir neçəsi tüstüdən zəhərlənib.

Qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində baş verən yanğın zamanı təcili tibbi yardıma müraciət edənlərin ümumi sayı 16 nəfər olub. Onlardan 6-na yerində yardım edilib, 10 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır. Qalanlar isə yanğının söndürülməsində iştirak edən Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin əməkdaşları olub. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

loading...

Video

Teglər: Sədərək Yanğın Daxili İşlər Nazirliyi