Sədərəkdə yanğın zamanı 16 nəfərə tibbi yardım edilib
    • 5-08-2019, 09:23
    • 1 359

Sədərəkdə yanğın zamanı 16 nəfərə tibbi yardım edilib

Sədərəkdə baş verən yangın zamanı müraciət edənlərin ümumi sayı 16 nəfər olub.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, onlardan 6-na yerində tibbi yardım göstərilib. 10 nəfər Kliniki Tibbi Mərkəzə aparılıb. 10 nəfərdən biri yanğın baş verən ticarət mərkəzinin əməkdaşıdır, digərləri isə yanğının söndürülməsində iştirak edən Fövqəlada Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.