
-
- 29-03-2025, 04:30
- 425
Ürək bulanmasını aradan qaldırır...
Bulantı gündəlik həyatda qarşılaşa biləcəyimiz həzm problemlərindən biridir.
News24.az bildirir ki, ürəkbulanma şikayətlərindən tez bir zamanda xilas olmaq üçün təbii üsullardan kömək ala bilərsiniz. Bulantıdan qurtulmağın təbii yolları bunlardır:
Zəncəfil:
Zəncəfilin tərkibində ürəkbulanmanı azaldan və mədəni sakitləşdirən təbii birləşmələr var. Zəncəfil ilə ürək bulantısını aradan qaldırmaq üçün birbaşa kiçik bir parça zəncəfil çeynəmək olar. Yaxud istəsəniz zəncəfil çayını dəmləyib içə bilərsiniz.
Nanə çayı:
Nanə mədə əzələlərini rahatlamağa kömək edir. Həm də təravətləndirici quruluşu sayəsində ürək bulanmasını aradan qaldırmağa kömək edir. 1 stəkan qaynar suya təzə nanə yarpağı əlavə edib 10 dəqiqə dəmləyib ürək bulantısını aradan qaldırmaq üçün bu təbii bitki çayını içə bilərsiniz.
Limonlu su:
Bulantıya qarşı limonun təbii təravətləndirici təsirindən də kömək ala bilərsiniz. Limonla ürək bulantısını aradan qaldırmaq üçün bir stəkan suya bir neçə damcı limon suyu sıxıb bu suyu içə bilərsiniz. Limonu yarıya bölüb açıq hissəsini iyləməklə də ürəkbulanmanı aradan qaldıra bilərsiniz.
Qatıq:
Qatığın tərkibində mədəni sakitləşdirən və bağırsaq florasını tənzimləyən sağlam probiyotiklər var. Ürək bulanması hiss etdiyiniz zaman bir kasa qatıq istehlak edə və ya bir stəkan kefir içə bilərsiniz. Bu üsulların hər ikisi ürəkbulanmanı aradan qaldırmağa kömək edəcək.
Zəhraxanım Şeydayeva