-
- 5-08-2019, 11:30
- 992
Bakıda Beynəlxalq İnformatika Olimpiadası BAŞLAYIR - FOTOLAR
Bu gün 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
News24.az-ın xəbərinə görə, konfransda çıxış edən təhsil naziri, “IOI 2019”-un sədri Ceyhun Bayramov informatika üzrə dünya olimpiadasının Azərbaycanda keçirilməsinin ölkə təhsili üçün əhəmiyyətli hadisələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, bu nüfuzlu beynəlxalq yarışda ölkəmizi indiyə qədər 24 dəfə təmsil edən Azərbaycan komandaları 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə, 5 medal qazanıblar.
Nazir istedadlı uşaqlarla iş sahəsində görülmüş işlər nəticəsində həm respublika olimpiadalarında iştirak edənlərin sayı, həm də beynəlxalq olimpiadalarda şagirdlərimizin uğurlarının ildən-ilə yaxşılaşdığını da jurnalistlərin diqqətinə çatdırıb: "Azərbaycanda keçirilən bugünkü olimpiadada 37 ölkə iştirak edir. 600-dən çox xarici qonaq qeydiyyatdan keçib. Azərbaycanda son illər ölkədə olimpiada iştirakçılarının sayı 30 minə çatıb. Ötən il "Təhsil haqqında qanun"da edilmiş dəyişiklikdən sonra da olimpiadaya maraq artıb. Bu il 558 şagirdimiz olimpiadada iştirak edib. Onların çoxu beynəlxalq olimpiya mərkəzində hazırlıqlara cəlb ediliblər və seçim turu keçirilib".
ADA Universitetinin rektoru, “IOI 2019”-un fəxri həmsədri Hafız Paşayev də olimpiadanın təşkilinin əsas məqsədləri barədə məlumat verib.
O bildirilib ki, tədbirin yüksək səviyyədə təşkil olunması üçün müasir tələblərə cavab verən məkanlar seçilib: "Belə ki, əsas yarış Milli Gimnastika Arenasında, açılış mərasimi Bakı Konqres Mərkəzində, bağlanış mərasimi isə Heydər Əliyev Mərkəzində baş tutacaq. Olimpiada çərçivəsində digər tədbirlərin keçirilməsi üçün isə “Boulevard Hotel” mehmanxanası nəzərdə tutulur. Yarış müddətində məktəblilər “Atletlər şəhərciyi”ndə yerləşdiriləcək. Burada iştirakçılar üçün əyləncə zonası fəaliyyət göstərəcək və onlar müxtəlif tədbirlər, maraqlı asudə proqram sayəsində yarışdan kənar vaxtlarını da səmərəli keçirə biləcəklər. Mədəni proqramın bir hissəsi kimi, Qobustan, Yanardağ, Atəşgah, Nobel qardaşlarının ev-muzeyi və bir sıra digər məkanlara ekskursiyalar təşkil olunacaq".
Daha sonra olimpiadanın rəsmi qlobal sponsoru “Acer” in Rusiya, Şərqi Avropa və Türkiyə üzrə vitse-prezidenti Qriqori Nizovski “Acer” və “IOI” əməkdaşlığından danışıb.
Afaq Mirayiq
Foto: Fərid ŞABANOV