Güclü zəlzələ daha bir ölkəni SİLKƏLƏDİ
    • 30-03-2025, 15:05
    • 3 271

Güclü zəlzələ daha bir ölkəni SİLKƏLƏDİ


İndoneziya sahillərində zəlzələ baş verib.

News24.az bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar 5,1 bal gücündə olub. Təbii fəlakətin episentri təxminən 250 min insanın yaşadığı Banda Aceh şəhərindən 12 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.

Hazırda itkilər və mümkün dağıntılar barədə məlumat yoxdur. Yerli hakimiyyət sakinlərə sunami təhlükəsi barədə xəbərdarlıq etməyib.

Martın 28- də Myanmada 7,7 bal gücündə bir neçə güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanları bir sıra qonşu ölkələrin, o cümlədən Tailand və Çinin sakinləri də hiss ediblər./publika