
-
- 2-04-2025, 15:12
- 260
Vüqar Məsimov yüksək vəzifəyə təyin olundu
Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarə edilməsi şöbəsinə yeni rəis təyin edilib.
Bu barədə News24.az-a AMB-dən məlumat verilib.
Bildirilib ki, sözügedən vəzifəyə Vüqar Məsimov təyin olunub. Məlumata əsasən, o, aprel ayından vəzifəsinin icrasına başlayıb.
V.Məsimov bu təyinatadək AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.