Bakıda "Toyota" yolu keçən qadını vurdu - ÖLDÜ
    • 5-08-2019, 13:06
    • 849

Bakıda "Toyota" yolu keçən qadını vurdu - ÖLDÜ

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, avqustun 5-də saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.