
-
- 30-03-2025, 17:47
- 468
Bu klubun baş məşqçisi istefaya GÖNDƏRİLDİ
Almaniyanın “Leyptsiq” komandası baş məşqçisi Marko Rozeni istefaya göndərib.
"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı mütəxəssis 2022-ci ildən Bundesliqa təmsilçisinə rəhbərlik edirdi.
Qeyd edək ki, "Leyptsiq" 42 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.