-
- 5-08-2019, 13:27
- 721
RİİB könüllülərlə bağlı yeni fəaliyyət proqramının icrasına başladı - FOTOLAR
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) könüllülərin fərdi inkişafına dəstək verilməsi, bilik və dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sosial əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə yeni fəaliyyət proqramına başlayıb.
RİİB-dən News24.az-a verilən məlumata görə, üç ay davam edəcək proqram çərçivəsində könüllülər üçün müxtəlif mövzularda təlimlərin, seminarların, interaktiv oyunların, müsabiqələrin keçirilməsi, kursların və müxtəlif müəssisə və təşkilatlara infoturların təşkili, eləcə də onların RİİB-in təşkilatçılığı ilə keçirilən tədbirlərdə, layihələrdə və sosial aksiyalarda iştirakı nəzərdə tutulur.
İlkin mərhələdə regionlardan olan 300-dən çox könüllü üçün “Komanda işi” mövzusunda təlimlər keçirilib, eləcə də müxtəlif müəssisələrə infoturlar təşkil olunub.Belə ki, könüllülər regionlarda fəaliyyət göstərən ayrı-ayrı müəssisələrə-“Astara Çay” MMC, Neftçala Sənaye Məhəlləsi, Mingəçevir Sənaye Parkı, “Şirvan şərabları” MMC, “Gilan Qəbələ Konserv Zavodu” ASC, “Azergold” QSC-nin Çovdar filiz emalı sahəsi, Qubada yerləşən Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Qarabağ Atçılıq Kompleksinə infoturlarda iştirak edib və həmin müəssisələrinin fəaliyyəti ilə əyani tanış olmaq imkanı əldə ediblər.
Təlimlərdə gənclərə, həmçinin komanda çərçivəsində fəaliyyət, uğur qazanmanın şərtləri, ünsiyyət və digər mövzularda məlumatlar verilib, müxtəlif interaktiv oyunlar təşkil edilib.