İranda sərnişin avtobusu - AŞDI: Ölənlər var

İranda sərnişin avtobusu - AŞDI: Ölənlər var Dünya

İranın cənub-şərqindəki Kirman əyalətində sərnişin avtobusu aşıb.

News24.az İRNA-ya istinadən xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər ölüb, 46 nəfər yaralanıb.

Yaralıların hamısının xəstəxanaya yerləşdirildiyi və onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.

Günel Məlikzadə