"Bakı Metropoliteni" işini bərpa etdi
    • 4-07-2018, 14:04
    • 1 685

"Bakı Metropoliteni" işini bərpa etdi

Dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.

Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.
 
Artıq bu gün saat 13:00-dan başlayaraq paytaxt sakinləri metrodan istifadə edə biliblər.
 
Qeyd edək ki, dünən elektrik enerjisinin kəsilməsi nəticəsində "Bakı Metropoliteni" QSC-nin işində problem yaranmışdı.
 
Bununla əlaqədar metrodakı bütün sərnişinlər təxliyə edilmişdi.
 
Bu gün səhər "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirmişdi ki, elektrik enerjisi tam təmin edilənə qədər metro sinaq rejimində çalışacaq.

//Trend