-
- 5-08-2019, 15:31
- 1 397
"Övladlarım işləmir, mən də ki, bu vəziyyətdə..." SƏHHƏTİ AĞIRLAŞAN AKTYOR
“İki ilə yaxındır ki, xəstəlikdən əziyyət çəkirəm. Ciddi müalicələr almışam, amma heç bir müsbət nəticəsini görməmişəm”
Bu sözləri aktyor Allahverdi Yolçuyev News24.az-a danışarkən deyib. Onun sözlərinə görə, həkimlər səhhətində yaranan problemin dəqiq diaqnozunu qoymağa çalışırlar: “Həkimlər deyir ki, gərək güclü nevropotoloq müayinə edib, xəstəliyin parkinson yoxsa, adi sinir əsməsi olduğunu təyin etsin. Müalicə üçün İrana da getmişdim”.
A.Yolçuyev deyib ki, səhhətindəki problemlə bağlı inyədək heç kimdən maddi dəstək istəməyib:
“Xəstəliyimlə bağlı heç bir yerə müraciət etməmişəm. Guya müraciət etsəm nə olacaq ki? Özləri bilmirlər? Saytları oxumurlar? Onlara təzədən nə deyim? Mənə dəstək yox, güclü həkim lazımdır. Sağ olsun, həkimlər hansı klinikaya gedirəmsə qəbul edib dərimə qulaq asırlar. Hazırda da klinikadayam”.
Aktyor xəstəliyinin əməliyyatla sağala biləcəyini də deyib: “Əməliyyat son həddir. Bədən tamamilə əsəndə beyin əməliyyatına əl atırlar. Məndə isə başlanğıcdır. Mənim ancaq əlim və barmaqlarım əsir. Qaşısını almaq, tam müalicə olunmaq üçünsə bu sahəni dəqiq bilən mütəxəssis müayinəsi lazımdır”.
Allahverdi Yolçuyev xəstəliyinin aktyor kimi fəaliyyətini tamamilə əngəllədiyini də qeyd edib: “İşdən tamam uzaqlaşmışam. Bu halımla necə işləyim?!”
“Bəs, işsiz necə keçinirsiz” sualını aktyor belə cavablayıb: “Birtəhər dolanıram. Düzdür, övladlarım böyükdür. Amma işləmirlər. Mən kömək üçün heç kimə müraciət edən deyiləm. Kimin ürəyində varsa, o adam özü məni tapıb köməklik edəcək”.
Teymur MƏMMƏDOV