Xəstəlikdən əziyyət çəkən aktyor fəxri ad istəyir
    • 14-09-2019, 19:27
    • 1 155

Xəstəlikdən əziyyət çəkən aktyor fəxri ad istəyir

Parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev fəxri ad istəyir.

News24.az xəbər verir ki, o, bu istəyinin gerçəkləşməsi üçün "Youtube" kanalında videomüraciət yayımlayıb.

40 ilin sənətkarı olduğunu deyən 61 yaşlı aktyor "Əməkdar artist" fəxri adına layiq olduğunu bildirib.

Kino və tamaşalarda onlarla obraz canlandıran Yolçuyev dublyaj fəaliyyətində minlərlə film səsləndirib. Yeri gəlmişkən, dünya şöhrətli fransız aktyor Lui De Fünesin bütün filmlərini Azərbaycan dilində yalnız o səsləndirib.

Daha çox "Ovçu Pirim" kimi tanınan A.Yolçuyev uzun illər dövlət televiziyasında müxtəlif adlarda uşaq verilişlərinin aparıcısı olub.

Xəstəliyi ilə bağlı səhnəyə çıxa bilməyən aktyor yalnız dublyaj fəaliyyətini davam etdirə bilir. (baku.ws)