Sizdən niyə pis iy gəlir? - SƏBƏBLƏRİ
    • 5-08-2019, 16:13
    • 4 891

Sizdən niyə pis iy gəlir? - SƏBƏBLƏRİ

Bədəndən gələn bir çox qoxudan yuyunmaq və ya dezodorantlar vasitəsi ilə də qurtulmaq mümkün deyil. 

News24.az xarici mətbuata istinadən xəbər verir ki, bədənin pis qoxular ifraz etməsi üçün bir çox səbəb var. Bunlardan biri də tez-tez dezodorantlardan istifadə etməkdir. Çünki həmin vasitələrin tərkibində inqridiyentlər bakteriyaların artımına səbəb olur. Bu da öz növbəsində qoxunun kəskinləşməsinə gətirib çıxarır. Ən yaxşı çıxış yolu isə qoltuqaltını bol su və limon şirəsi ilə yuyun. Bununla da siz bakteriyaları öldürmüş olacaqsınız. 

Pis qoxuya səbəb acı qidalardan çox istifadə də səbəb ola bilər. Darçın, sarımsaq və s. ədviyyat və tərəvəzlər qida mübadiləsi zamanı pis qoxu əmələ gətirir və bir neçə saat sonra dəridəki məsamələr yolu ilə ifraz olunur. 

Stress də xoşagəlməz qoxu yaradır. Bu zaman yaranan tər istiliyə görə əmələ gələndən kimyəvi tərkibə görə çox fərqlənir. Stressin əmələ gətirdiyi tərin tərkibi piy və zülallardan ibarətdir. Bu da öz növbəsində kəskin qoxuya sahibdir. 

Pis qoxu tezliklə xəstələnəcəyinizə də işarə ola bilər. Misal üçün insandan çiy balıq iyi gəlirsə, bu qara ciyərlə bağlı probleminin olduğunu göstərir. Ağzınızdan ammonyak qoxusu varsa, o zaman böyrəklərinizi müayinədən keçməlisiniz. 

Dərman qəbul edirsinizsə bədəninizdən qoxunun gəlməsi normal haldır. Çünki bəzi dərmanlar insanda tər ifrazını artırır. Antidepressant, mədə, miqren, diabet və hormonal dərmanlar bədındən pis qoxunun gəlməsinə şərait yarada bilər.