
-
- 1-04-2025, 22:24
- 513
Yaz təmizliyi baha başa gəldi - 3 milyonu çölə atdı...
Bahar təmizliyi edərkən 3 milyonu zibil yeşiyinə atan qadın sosial mediada viral olub.
News24.az xəbər verir ki, İngiltərədə yaşayan ibtidai sinif müəllimi Elli Hart evində yaz təmizliyi etmək qərarına gəlib. Evi təmizləyərkən qarmaqarışıq kabelləri və ərinin bəzi əşyalarını götürən qadın həyatının şokunu yaşayıb. Elli evdə nə olduğunu bilmədən ərinə məxsus 3 milyon funt-sterlinq pulu təsadüfən çölə atıb.
Cütlüyün zibil torbalarını vərəqləyərək yaddaşı tapmaq cəhdləri uğursuz alınıb. Elli bunu həyatının ən böyük səhvi kimi səciyyələndirib. /Yenisabah.az