Covid-in yeni variantı yayılır - Bu ölkədə
    • 2-04-2025, 15:32
    • 313

Covid-in yeni variantı yayılır - Bu ölkədə

Covid-19 virusunun yeni "LP.8.1" variantının Avstraliyada tədricən yayıldığı bildirilir. 

News24.az SBS News-a istinadən xəbər verir ki, ilk dəfə 2024-cü ilin iyulunda Avstraliyada aşkar edilən Covid-19-un yeni "LP.8.1" variantı getdikcə yayılır.

Müvafiq olaraq, "LP.8.1" ölkənin Yeni Cənubi Uels (NSW) əyalətində Covid-19 halları arasında üçüncü ən dominant variant olub. 

Bildirilib ki, “LP.8.1” simptomları digər dövran edən variantlarla müqayisədə “daha şiddətli görünmür”.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yanvar ayında "LP.8.1" variantının qlobal yayılması səbəbindən "monitorinq etdiyini" elan edib.

Onu da qeyd edək ki, bu il Avstraliyada 45,000-ə yaxın yeni Covid-19 hadisəsi qeydə alınıb, 260-a yaxın insan virusa görə xəstəxanada müalicə olunur.

Günel Məlikzadə