
-
- 3-04-2025, 00:41
- 526
Rəşad qonşularından şikayətləndi
Əməkdar artist Rəşad İlyasov qonşularından şikayətlənib.
News24.az olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində danışıb.
İlyasov bildirib ki, qonşulara görə evində məşq edə bilmir:
“Qonşuların əlindən evdə məşq edə bilmirəm. Çox zilə çıxa bilmirəm. Qonşulardır, nə edim? Yeni doğulan uşaqları var. Amma 2 qonşum o gün dedi ki, işdən gəlmişdim, sən oxuyurdun”.