
-
- 2-04-2025, 17:45
- 332
Ürək tutmasından necə qorunmaq olar?
Kardioloq Prof. Dr. Alp Burak Çatakoğlu ürək damarlarının tutulmasının qarşısını alan 7 əsas faktoru açıqlayıb və infarktdan qorunma yolları barədə məlumat verib.
News24.az Baku.ws-ə istinadən xəbər verir ki, ürək tutmaları, əsasən damarların tıxanması səbəbilə tıxanması nəticəsində baş verir. Erkən diaqnoz qoyulmazsa, ölümcül ola bilər.
Ürək sağlamlığı üçün tövsiyələr:
1)Müntəzəm fiziki aktivlik:
Həftədə 5 gün, ən az 30 dəqiqə piyada gəzmək, velosiped sürmək və ya üzgüçülüklə məşğul olmaq damarların tıxanmasının qarşısını ala bilər.
2)Düzgün qidalanma:
Hər gün 1 porsiya tərəvəz yemək vacibdir.
Kalorisi yüksək, sürətli qidalardan uzaq durmaq və porsiyaları azaltmaq lazımdır.
3)Siqaretdən imtina:
Siqaret çəkənlər ürək tutmasından ölmə riskini 2-3 dəfə artırır.
Siqareti tərgitdikdən 1 il sonra infarkt riski 50% azalır.
4)Təzyiqə nəzarət:
Yüksək təzyiq ürək xəstəliklərinin əsas səbəblərindən biridir.
Duz istehlakını azaltmaq və həkim nəzarətində olmaq vacibdir.
Ürək damarlarının tıxanmasını artıran 7 əsas risk faktoru:
-Siqaret
-Şəkərli diabet
-Yüksək xolesterin
Hipertoniya (yüksək təzyiq)
-Genetik meyillilik
-Hərəkətsiz həyat tərzi
-Sağlam olmayan qidalanma
Bu riskləri nəzarətə almaqla ürək xəstəliklərinin təxminən 80%-ni önləmək mümkündür.