Baş həkimi bıçaqladılar Öz həmkarı tərəfindən DƏHŞƏT!
    • 5-08-2019, 21:34
    • 947

Baş həkimi bıçaqladılar Öz həmkarı tərəfindən DƏHŞƏT!

Sumqayıtda 1-ci mikrorayonda yerləşən “Sum Modern Dental Clinic”də bıçaqlanma hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, ilkin məlumata görə, stomatoloji poliklinikanın həkimi Pərviz İbrahimovla baş həkim Şahin Baxşəliyev arasında olan mübahisə sonda qanla nəticələnib. P.İbrahimov baş həkimin otağına gələrək onun qarın boşluğuna çox sayda bıçaq zərbələri endirib.
Baş həkim Şahin Baxşəliyev xəstəxanaya yerləşdirilib. Onun əməliyyat olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.
P.İbrahimov saxlanılaraq istintaqa təhvil verilib.