Mübahisə zamanı bıçaqlandı
    • 25-08-2019, 11:59
    • 1 088

Mübahisə zamanı bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb.
Bildirilir ki, 2000-ci il təvəllüdlü Lətifli Mirsehran Seyidhəmzə oğlu metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında naməlum şəxslə mübahisə zamanı iki bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub.
Cinayət faktı ilə əlaqədar polis əməliyyat tədbirləri aparır.