Dəhşətli qəza: Bir ailənin 4 üzvü ÖLDÜ
    • 4-04-2025, 09:12
    • 1 713

Dəhşətli qəza: Bir ailənin 4 üzvü ÖLDÜ

Türkiyədə yük maşını ilə minik avtomobili toqquşub.

News24.az xəbər verir ki, toqquşmanın gücü ilə avtomobil aşıb. 

Xəbər üzərinə bölgəyə sağlamlıq, polis, jandarma, xilasetmə və AFAD qruplar sövq edilib.

Həkimlər tərəfindən aparılan yoxlama zamanı avtomobildə eyni ailədən olan 4 nəfərin həyatını itirdiyi, 1 nəfərin isə ağır yaralandığı müəyyən edilib.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalara başlanılıb. Yük maşınının sürücüsü saxlanılıb.

Günel Məlikzadə