
-
- 4-04-2025, 10:25
- 1 091
Ermənistanda ZƏLZƏLƏ oldu
Ermənistanda 3,1 bal gücündə zəlzələ olub.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ötən gecə Qafan şəhərindən 16 km şimal-şərqdə baş verib.
Yeraltı təkanların episentri Azərbaycanda yerləşib. Episentrdə yeraltı təkanların gücü 4 bal olub. Zəlzələ Qafanda 2-3 bal gücündə hiss olunub./Bizim.Media