İrandan müharibə açıqlaması: - “Hazırıq”

İrandan müharibə açıqlaması: - “Hazırıq” Siyasət

“İran istənilən ssenariyə hazırdır”.

News24.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

O bildirib ki, ABŞ-lə mümkün müharibə bəyanatları şayiədir:

“Məqsəd regionda vəziyyəti süni şəkildə gərginləşdirməkdir. Bu povestlər və onların yaratdığı psixoloji ab-havanın bizə heç bir təsiri yoxdur. Eyni zamanda, diplomatiya pəncərəsinin açıq qaldığına inanırıq”.

Qeyd edək ki, bundan əvvəl bəzi KİV-lər İranla gərginliyin artması fonunda ABŞ-nin Yaxın Şərqə əlavə qüvvələr və resurslar köçürdüyü barədə məlumat yayıb.