
-
- 4-04-2025, 13:55
- 255
Məhkəmə müəllimlə bağlı qərar verdi - Sertifikasiya qalmaqalı
Sertifikasiya prosesində uğur qazana bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmiş, Laçın rayon 9 nömrəli tam orta məktəbinin keçmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Qədirova Şəlalə Kərim qızı imtahanın nəticələri ilə razılaşmayaraq məhkəməyə müraciət edib.
News24.az “Cebheinfo.az”-a istinadla xəbər verir ki, o, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma imtahanının və 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanının nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbi ilə Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb.
Məhkəmənin qətnaməsi ilə onun iddiası təmin olunmayıb.