Stalinin nəvəsi Qələbə paradına getməkdən İMTİNA ETDİ
    • 4-04-2025, 19:55
    • 323

Stalinin nəvəsi Qələbə paradına getməkdən İMTİNA ETDİ

İosif Stalinin nəvəsi Yakov Cuqaşvili Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə mayın 9-da keçiriləcək paytaxt paradında iştirak etməyi planlaşdırmır.

News24.az xəbər verir ki, bu barədə onun özü RİA Novosti ilə söhbətində bildirib. Yakov Cuqaşvili onu da qeyd edib ki, mayın 9-na “heç bir planı yoxdur”. Cuqaşvili bildirib ki, “Ölməz alay” aksiyasında iştirak etmək niyyətində deyil.

Qeyd edək ki, Yakov Cuqaşvili 1972-ci ildə Tbilisidə hərbçi və tarixçi Yevgeni Cuqaşvilinin ailəsində anadan olub. Son məlumata görə, o hazırda paytaxtda yaşayır və ictimai fəaliyyətlə məşğuldur.

Nuray