
-
- 5-04-2025, 05:36
- 480
Premyer Liqada ən yaxşı oyunçu seçildi
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu açıqlanıb.
News24.az Qol.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş bu ada layiq görülüb.
30 yaşlı futbolçu mart ayında Premyer Liqada iki matçda (bir qələbə və heç-heçə) iki qol vurub və iki məhsuldar ötürmə edib.
Bruno səsvermədə Jan-Rikner Belleqard (“Vulverhempton”), Antoni Elanqa, Nikola Milenkoviç (hər ikisi “Nottinqem Forest”), Deklan Rays (“Arsenal”) və Jan-Pol van Hekkeni (“Brayton”) geridə qoyub.
Portuqaliyalı futbolçu karyerasında beşinci dəfə Premyer Liqada ayın oyunçusu mükafatını qazanır. O, bu nəticə ilə Ueyn Runi və Robin van Persinin nailiyyətini təkrarlayıb. Bu, Premetr Liqa tarixində üçüncü nəticədir. Yalnız Serxio Aguero, Harri Keyn və Məhəmməd Salah daha çox - hərəyə 7 dəfə bu mükafatı əldə edib.