Paşa Texniki klinik ölüm yaşadı
    • 4-04-2025, 21:20
    • 305

Paşa Texniki klinik ölüm yaşadı

Reper Paşa Texnikin (əsl adı Pavel İvlev ) yaxınları sənətçinin klinik ölüm keçirdiyini bildiriblər. Bu barədə Baza Telegram kanalı yazıb.

News24.az bildirir ki, yaxınlarının dediyinə görə, həkimlər Paşanı xilas edib və ürəyini işə sala biliblər.

İndi musiqiçini vertolyotla Taylanddakı başqa bir xəstəxanaya aparmaq istəyirlər, lakin hələlik bu mümkün deyil

Qeyd edək ki, martın sonunda məlum olub ki, sənətçi kəskin zəhərlənmə ilə Taylanddakı xəstəxanaya aparılıb və süni nəfəs aparatına qoşulub. Reperin dostları musiqiçinin məclisdə olan fanatlarından biri tərəfindən zəhərlənə biləcəyini istisna etməyib

Nuray