Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi
    • 4-04-2025, 23:24
    • 359

Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi


"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, "Əməkdar həkim" adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.

Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov müvafiq əmr imzalayıb.