DİQQƏT: Xərçənglə mübarizə üçün yeni üsul KƏŞF EDİLDİ
    • 6-04-2025, 04:27
    • 710

DİQQƏT: Xərçənglə mübarizə üçün yeni üsul KƏŞF EDİLDİ

Çinin Guangxi Tibb Universiteti özünün eksperimental kəşfini edib. Tədqiqatçılar xərçəng hüceyrələrini donuz toxuması kimi maskalayan geni dəyişdirilmiş virus yaradıblar.

News24.az Bizim.Media-a istinadla xəbər verir ki, bu barədə “South China Morning Post” yazıb.

Tədqiqat zamanı məlum olub ki, immun sistemi bu virusu yad bir orqan kimi qəbul edir və transplantasiyadan imtina zamanı olduğu kimi hücum etməyə başlayır. Lakin bu virus toxumasının sağlam hüceyrələrə təsir etmədiyi aşkar edilmişdir.

Bu yeni üsul artıq xərçəngin ağır formalarında (qaraciyər, ağciyər, xaya) şişləri ya kiçiltmiş, ya da böyüməsini dayandırmış xəstələrdə 90% müvəffəqiyyət göstərib.

Qeyd edək kiHəkimlər həmçinin bu üsulla uşaqlıq boynu xərçənginin müalicəsinin uğurlu olduğunu müəyyən ediblər.

Tədqiqat hələ də sınaq sınaq mərhələsindədir. Tam yekunlaşdıqdan sonra onun xərçəngin müalicəsində istifadəsi nəzərdə tutulur.