-
- 6-08-2019, 15:47
- 1 703
Bulvar çökdü - BORULAR EROZİYAYA UĞRAYIB
Yevlaxda Kür çayının sahilində bulvarda çökmə olub.
Hadisə ötən gün baş verib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Xalid Əhmədov faktı təsdiqləyib.
Onun sözlərinə görə, ərazidə suyun altında qalan borular eroziyaya uğrayıb: "Hazırkı bulvar ərazisinin yerində daha əvvəl kiçik bir park olub.
Park baxımsız vəziyyətdə, suyun içərisində olduğundan əsaslı yenidənqurma işləri aparılıb. Çox güman ki, suyun içərisində qalan dəmir borular eroziyaya uğrayıb. Bu səbəbdən də üzərindəki yükü saxlaya bilməyib və çöküb. Hadisə zamanı heç kim xəsarət almayıb. Biz əraziyə baxış keçirmişik. Təhlükəsizlik məqsədilə həmin ərazi nəzarətə alınıb. Üzərindən beton örtüyü götürülüb. Təmir işləri üçün zəruri olan materiallar sifariş edilib. Ən qısa zamanda çökən hissə bərpa ediləcək". /oxu.az/