Babək prospektində magistral su xəttində qəza
    • 2-03-2019, 19:38
    • 1 064

Babək prospektində magistral su xəttində qəza

Babek prospektində magistral su xəttində qəza olub. 

News24.Az bildirir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
A. Cəbrayıllı bildirib ki, qurum əməkdaşları hadisə yerinə cəlb edilib: 
“Sözügedən ərazidən bir neçə magistral xətt keçir. Həmin xətlərdən birində qəza baş verib. Anbardan həmin xəttə suyun verilməsini dayandırmışıq. Hazırda problem tam aradan qaldırılıb. Xəttə suyun verilişi və hidravlik rejim bərpa edilib. Hadisə ilə əlaqədar ərazidə yaşayan sakinlərə icməli suyun verilişində problem yaşanmayıb”.