Rövşən Hüseynli millidən kənarlaşdırıldı
    • 7-04-2025, 12:30
    • 271

Rövşən Hüseynli millidən kənarlaşdırıldı

Futzal üzrə Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb.

News24.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ilkin açıqlanan heyətdə 3 dəyişiklik edilib.

Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə, Rövşən Hüseynli isə baş məşqçinin qərarı ilə toplanışdan kənarlaşdırılıb. Əvəzində Vitali Borisov “Neftçi”dən qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsi çərçivəsində aprelin 11-də səfərdə İsveç və aprelin 15-də Bakıda Xorvatiya yığmaları ilə qarşılaşacaq