Rəsulzadə gəmisi suya buraxılır - FOTO
    • 6-08-2019, 18:40
    • 1 039

Rəsulzadə gəmisi suya buraxılır - FOTO

“na məxsus daha bir gəmi suya buraxılır.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin açılışında şirkətin prezidenti Mübariz Qurbanoğlu (Mənsimov), Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, keçmiş təhsil naziri Firudin Cəlilov, jurnalist və QHT nümayəndələri iştirak edirlər.

Tədbirin açılışında iştirak edən F.Cəlilov çıxışında belə dedi: "Rəsulzadənin qurduğu dövlət, təəssüf ki, iki il yaşadı. Mən qürur duyuram ki, Məhəmmədəmin bəyin qaldırdığı bayrağı 70 il sonra təkrar biz qaldırdıq. Rəsulzadə işğaldan sonra mühacirətdə çoxlu kitablar yazıb. O kitablar mənim kitabxanamda var. Və bu gün qərara gəldim ki, arxivimdəki bu kitabları gəminin heyətinə hədiyyə edim". /Teleqraf.com/