Rəsulzadə gəmisi qəzaya uğradı
    • 14-08-2019, 04:00
    • 861

Rəsulzadə gəmisi qəzaya uğradı

“Palmali” şirkətlər qrupuna aid “Məmməd Əmin Rəsulzadə” gəmisi qəzaya uğrayıb. 

News24.az denizhaber.net saytına istinadən xəbər verir ki, gəmi Türkiyədə Liberiya bayraqlı “Doric Warior” gəmisi ilə toqquşub. 

"Palmali" şirkətlər qrupundan APA-ya verilən məlumata görə, gəmidə ciddi dağıntiların yarandığı bildirilib. Həmçinin gəminin yüklü olması haqqında məlumatın yanlış olduğu və gəminin ilk sifarişini alıb və limanda dayandığı deyilib. 

Qeyd edək ki, baş verən hadisə ilə bağlı "Palmali" şirkətinin rəhbəri Mübariz Məsimov sosial şəbəkə hesabında paylaşım edərək, qəza ilə bağlı fərqli fikirlər səsləndirib: “Məmməd Əmin Rəsulzadə” adlı gəmimiz ilə Liberiya bayraqlı “Doric Warrior” gəmisi ilə toqquşdu. Daha doğrusu, gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vuruldu. Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Gəmi dayandığı yerdə onu vurmaq cinayətdir. Bu, araşdırılacaq".