Sosial şəbəkəyə görə körpəsi öldü
    • 7-04-2025, 16:23
    • 370

Sosial şəbəkəyə görə körpəsi öldü

Türkiyəli məşhur musiqiçi Sinan Akçılın evində işləyən əcnəbi vətəndaşın qohumunun beş aylıq körpəsi faciəli şəkildə ölüb.

News24.az xəbər verir ki, bununla bağlı müğənni İnstaqram hesabında paylaşım edib.

Belarusun Minsk şəhərində baş verən hadisədə ananın sosial şəbəkəyə girərək beş aylıq uşağını vannada unutduğu iddia edilib.

Qadın iki saat sonra hamam otağına gedəndə uşağın cansız bədəni ilə qarşılaşıb.


Günel Məlikzadə