Aprelin 15-dən 28-dək davam edəcək
    • 8-04-2025, 12:55
    • 1 385

Aprelin 15-dən 28-dək davam edəcək

Aprelin 15-dən 28-dək "π-Puppid" meteor yağışı müşahidə olunacaq. Meteor yağışının maksimum fəallığı aprelin 23-nə təsadüf edəcək.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından News24.az-a verilən məlumata görə, "π-Puppid" (Pi-Göyərtə) meteor yağışı 1972-ci ildə kəşf edilən "26P/Grigg-Skjellerup" kometi ilə əlaqələndirilir. 

Radiantı (mənbəyi) Puppid (Göyərtə) bürcündə olduğu üçün bu adı alıb. Bu yağış 1977 və 1982-ci illərdə fəal olub, həmin vaxt saatda təxminən 40 meteor müşahidə edilib. 1983-cü ildə isə təxminən saatda 13 meteor qeydə alınıb. Sonrakı illərdə fəallıq aşağı olub. Lakin bu meteor yağışının fəallığı yenə də yüksək ola bilər. Meteorların sürəti təqribən 18 km/s olacaq.

"π-Puppid" meteor yağışını Bakıda təxminən axşam saat 19:30-dan 20:00-a kimi cənub-qərb istiqamətində üfüqdə müşahidə etmək mümkün olacaq. Bu meteor yağışı əsasən Cənub yarımkürəsində müşahidə olunacaq.