YouTube-a yüklənən videoların sayı 20 milyardı ötüb
Maraqlı
Keçmiş PayPal işçiləri Steve Chen, Chad Hurley və Jawed Kərim tərəfindən 2005-ci ildə şam yeməyi zamanı yaradıldığı deyilən platforma tez bir zamanda qlobal fenomenə çevrildi.
News24.az xəbər verir ki, həmin ilin Sevgililər Günündə (14 fevral) YouTube.com domen adı aktivləşdirildi və aprelin 23-də video yükləmə funksiyası əlavə edildi.
Platformanın potensialını tez dərk edən Google, 2006-cı ilin noyabrında YouTube-u 1,65 milyard dollara satın aldı.
İLK YÜKLƏMƏDƏN BU GÜNƏ YOUTUBE
Platformaya yüklənən ilk video, həmtəsisçi Jawed Kərimin San Dieqo Zooparkında fillər qarşısında çəkdiyi "Mən Zooparkda" adlı 19 saniyəlik klip olub.
Bu ilk video o vaxtdan bəri platformanın simvolik başlanğıc nöqtəsi oldu və 356 milyondan çox baxış topladı.
Bu illər ərzində YouTube hətta yaradıcılarının gözləntilərini üstələyib. Konsert kliplərindən tutmuş podkastlara, siyasi reklamlardan maarifləndirici videolara qədər hər kateqoriyada məzmuna ev sahibliyi edən platformaya hər gün orta hesabla 20 milyon yeni video yüklənir.
Səma