Xərçəngi aşkar edə bilən qan testi

Xərçəngi aşkar edə bilən qan testi Maraqlı

Böyük Britaniya Milli Səhiyyə Xidməti xərçəngin növünü simptomlar görünməzdən əvvəl müəyyən edə bilən süni intellektlə hazırlanmış qan testini sınaqdan keçirməyə hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, təxminən 8 min xəstə üzərində aparılacaq klinik sınaqda 'miONCO-Dx' adlı test çərçivəsində şişlərdən qana qarışan kiçik genetik material parçaları araşdırılacaq.

Bu günə qədər 20 min insan üzərində aparılan sınaqlarda xərçəngin aşkarlanması və bədəndəki yerini təyin etmək üçün test 99 faiz dəqiqliyə çatıb.

Cəmi 10 damcı qandan istifadə edilən test ağciyər, mədə, prostat, yemək borusu, qaraciyər, sidik kisəsi, yumurtalıq, bağırsaq, mədəaltı vəzi və döş xərçəngi kimi 12 ümumi xərçəng növünü, həmçinin sümük və yumşaq toxuma sarkomalarını və bəzi beyin şişlərini aşkar edə bilir.

Səma