Ölkələr arasında diplomatik böhran: Bütün uçuşlar QADAĞAN EDİLDİ
    • 8-04-2025, 12:58
    • 402

Ölkələr arasında diplomatik böhran: Bütün uçuşlar QADAĞAN EDİLDİ

Aprelin 1-də Əlcəzairin hava məkanını pozan Maliyə məxsus silahlı müşahidə pilotsuz təyyarəsi vurulub və dronun qalıqlarının sərhəddən 9,5 kilometr cənubda tapılıb.

News24.az xəbər verir ki, hadisə ilə bağlı məlumatlar, o cümlədən radar fotoşəkilləri Əlcəzairin hava məkanının 1,6 km pozulduğunu göstərib.

Bu hadisədən sonra Əlcəzair Xarici İşlər Nazirliyi Əlcəzairin hava məkanını dəfələrlə pozduğuna görə Malidən və Maliyə uçuşlara qadağa qoyduğunu açıqlayıb.

Günel Məlikzadə