ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızı Jenna ona növbəti nəvə sevinci bəxş edib.
News24.az xəbər verir ki, avqustun 2-də Corc Buş və Laura Uelçin əkiz qızlarından biri Jenna Buş-Hager oğlan övladı dünyaya gətirib.  "Instagram"da gənc valideynlərlə yanaşı, xoşbəxt baba və nənə də bu barədə xəbər paylaşıblar.
Jenna Bush-Hager və əri Henry Hager körpələrinə Henry Harold Hager adını veriblər.
Xatırladaq ki, Corc Buş və həyat yoldaşı Laura Uelçin iki qızı var: Barbara və Jenna. Onlar əkizdirlər.

loading...

Fotolar

Teglər: Corc Buş Baba oldu