-
- 7-08-2019, 02:02
- 961
Qəzaya düşən Xalq artisti ilk dəfə danışdı
Azərbaycanın Xalq artisti, aktyor Əjdər Həmidov Tovuz rayonunda zəncirvari qəzaya düşüb.
News24.az Oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti başına gələn qəzanı bu cür şərh edib: "Vəziyyətim yaxşıdır. Qəza nəticəsində "Cherry" markalı avtomobilim əzilib. Amma özümə heç nə olmayıb. Hazırda Tovuzda dost-tanışla oturub çay içirəm, dincəlirəm".
Qeyd edək ki, "VAZ 2107" markalı avtomobillə "Mercedes Vita" və aktyor Əjdər Həmidovun idarə etdiyi "Cherry" markalı avtomobillər toqquşub. VAZ 2107"-nin sürücüsü Nofəl Həsənzadə və "Mersedes" markalı avtomobilin sürücüsü Abdulla Hüseynov da xəsarət alıblar.