
-
- 8-04-2025, 17:15
- 459
Rusiya ordusu bu ərazini azad etdi
Rusiya hərbçiləri Kursk vilayətində yerləşən Quevo yaşayış məntəqəsini azad edib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hücum əməliyyatları zamanı Şimal qüvvələri qrupunun bölmələri Kursk vilayətinin Quevo qəsəbəsini azad edib”, - məlumatda deyilir.
Bildirilir ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin üç hava hücumu, tank və mexanikləşdirilmiş briqadalarının birləşmələrini, həmçinin Oleşnya ferması və Qornal kəndi ərazisində ərazi müdafiə briqadasını məğlub edib.