Güləşçimiz Avropa üçüncüsü oldu
    • 8-04-2025, 22:55
    • 363

Güləşçimiz Avropa üçüncüsü oldu


Azərbaycan güləşçisi İslam Bazarqanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Axar.az xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı üçüncü yer uğrunda görüşdə İvaylo Tisova (Bolqarıstan) qalib gəlib.

Bu, Azərbaycan millisinin yarışdakı ilk medalı olub.

Qeyd edək ki, bu gün bürünc medal uğrunda görüşlərdə Əli Rəhimzadə (65 kq) ukraynalı Andrey Sviridlə, Kənan Heybətov (70 kq) isə macarıstanlı İsmayıl Musukayevlə üz-üzə gələcək.