Gecə klubunda FACİƏ - Ölənlər var
    • 9-04-2025, 08:08
    • 376

Gecə klubunda FACİƏ - Ölənlər var

Dominikan Respublikasının paytaxtı Santo Dominqoda "Jet Set" adlı əyləncə məkanının damı dünən içərisində ən azı 300 müştərinin olduğu yerdə çöküb.

News24.az xəbər verir ki, Fövqəladə Əməliyyatlar Mərkəzinin (COE) direktoru Xuan Manuel Mendezin açıqlamasına görə, dağıntılar altında qalan 79 nəfər çökmə nəticəsində həlak olub.

Dağıntılar arasında axtarış əməliyyatı davam edərkən, təxminən 160 yaralı xəstəxanalara aparılıb.

Tədbirin keçirildiyi yerin yaxınlığında müvəqqəti morq və qanvermə mərkəzi yaradılıb.

Eyni zamanda, ölənlər arasında Amerika Beysbol Liqasının (MLB) keçmiş oyunçusu Oktavio Dotelin də olduğu bildirilib.

Dağılmanın səbəbləri araşdırılır.

Onu da qeyd edək ki, Dominikan Respublikasının Prezidenti Luis Abinader verdiyi açıqlamada bu fəlakətdən sonra üç günlük matəm elan etdiyini açıqlayıb.


Günel Məlikzadə