Azərbaycan səfirliyinin avtomobili qəzaya düşdü - FOTO
Hadisə
Vilnüsdə Azərbaycan səfirliyinin "VW Passat" markalı avtomobili qəzaya düşüb.
News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat dərc edib.
Bildirilir ki, avtomobil "VW Golf" markalı minik maşını ilə toqquşub. Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub.