Cinayətdə şübhəli bilinən 84 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 84 nəfər saxlanıldı Hadisə

Aprelin 19-da və 20-də ölkə ərazisində qeydə alınan 81, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 84 nəfər saxlanılıb.